Prezidentlərin görüşü videokonfrans formatında təşkil olunacaq

Prezidentlərin görüşü videokonfrans formatında təşkil olunacaq

İran, Rusiya və Türkiyə prezidentlərinin Suriyadakı durumu müzakirə etmək üçün Astana formatında zirvə görüşü keçiriləcək.

Oxuməni.az-ın məlumatına görə, bunu İranın Xarici Işlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

O deyib ki, görüş videokonfrans formatında təşkil olunacaq.

A.Musəvinin sözlərinə görə, XİN başçısı Məhəmməd Cavad Zərifin Türkiyə və Rusiyaya səfəri çərçivəsində bu məsələ müzakirə olunacaq və tarix müəyyənləşəcək və yaxın gələcəkdə videokonfrans təşkil olunacaq.

Qeyd edək ki, M.C.Zərif hazırda Türkiyədə səfərdədir və oradan Rusiyaya səfəri planlaşdırılır.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az