"Son illər Azərbaycanda energetika sahəsində çox böyük işlər görülüb, generasiya gücləri artırılıb, itirilmiş güclər bərpa edilib".
Oxuməni.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Xətai rayonunda "Azərenerji" ASC-nin 110/35/10 kilovoltluq "Əhmədli" yarımstansiyasının açılışında deyib.
"Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2 400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisidir. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi "Əhmədli" yarımstansiyası, "8-ci Kilometr", "Xırdalan", "Buzovna", "Ağ şəhər"", - o deyib.
"Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik", - dövlət başçısı əlavə edib.
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


