İyunun 10-da Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakasetti arasında videokonfrans formatında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Oxuməni.az-a verilən məlumata görə, görüşdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Bu xüsusda BMT-nin COVID-19 pandemiyasının Azərbaycan da daxil olmaqla bütün ölkələrdə sosial-iqtisadi təsirinin qiymətləndirməsi ilə əlaqədar proqramı barədə danışılıb. Baş Nazirin müavini təqdim edilmiş proqramın müvafiq qurumlar tərəfindən öyrənildiyini bildirib.
Əli Əhmədov Azərbaycanda COVID-19 pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, özünüməşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində aparılan işlər barədə danışıb.
Görüşdə, həmçinin ətraf mühit və iqlim dəyişmələri məsələləri ətrafında müzakirələr aparılıb. Baş Nazirin müavini ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərini sistemli şəkildə həyata keçirdiyini qeyd edib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































