Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, Ukrayna Prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.
Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.
Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


