Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb

Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qeyd olunur.

Mer Bouzer Bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazıb.

O qeyd edib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan onu qoruyub və möhkəmləndirib, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

Mer Bouzer imzaladığı Bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.

Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar Bəyannamə mer ofisi tərəfindən birbaşa Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az