ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan senatorları Prezident Donald Trampa koronavirus pandemiyası dövründə xarici ölkələrlə əməkdaşlıq etməməsi səbəbilə Çinə sanksiya tətbiq etmə səlahiyyəti verən qətnamə hazırlayıb.
Oxuməni.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Lindsi Qrehem tərəfindən təqdim olunan "COVID-19 Məsuliyyət Qanunu" başlıqlı qətnaməyə nüfuzlu senatorlar dəstək verib.
Çin hökumətinin COVID-19-a qarşı beynəlxalq araşdırmalara qatılmasının əhəmiyyəti vurğulanan qanunda Trampdan 60 gün ərzində çinli rəsmilərin özlərinə ünvanlanan sual və analizılərə cavab verib-vermədiyinə dair Senata hesabat təqdim etməsi tələb olunur.
Bundan başqa, Çindən əməkdaşlıqla yanaşı, ölkə miqyasındakı bütün heyvan satışı yerlərinin bağlaması və Honkoqnda pandemiyadan sonra həbs edilən bütün siyasi fəalların sərbəst buraxılması istənilir.
Şərtlərin reallaşdırılmaması təqdirdə Trampdan qanunda adları çəkilən bəzi çinli rəsmilərin mülklərinin dondurulması, səyahət qadağası və çinli tələbələrə viza verilməməsi kimi sanksiyalar tətbiq etməsi tələb edilir.
Qanunun iqtisadi səviyyəsində isə ABŞ maliyyə mərkəzlərinin çinli qurumlara və bu qurumlarla əməkdaşlıq edən firmalara kredit verməyi dayandırması istənilir.
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür













.jpg)





























.jpg)
.jpg)










.jpg)