Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.
Mediainfo.az CNN TÜRK-ə istinadən xəbər verir ki, Türkiyədən ABŞ-a yola salınan tibbi ləvazimatlarla birlikdə göndərilən məktubda Ərdoğan D.Trampın ABŞ-da yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün atdığı addımları təqdir edib.
Türkiyə Prezidenti bildirib ki, bu çətin günlərdə ölkəsi ABŞ-ın yanındadır.
"Suriya və Liviya başda olmaqla, regiondakı son hadisələr, Türkiyə-ABŞ ittifaqının və əməkdaşlığının daha güclü şəkildə davam etdirilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərib. Ümid edirəm ki, qarşıdakı dövrdə Konqres və ABŞ mətbuatı da pandemiya vaxtı nümayiş etdirdiyimiz bu birliyin təsiri ilə münasibətlərimizin strateji əhəmiyyətini daha yaxşı qavrayacaq. ABŞ-da COVID-19-dan həyatını itirən vətəndaşlarınızın ailə üzvlərinə və yaxınlarına, dost və müttəfiq Amerika xalqına ölkəm və millətim adından başsağlığı verirəm", - deyə məktubda qeyd olunub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

















.jpg)





























.jpg)
.jpg)






