Malayziyanın rəsmi informasiya agentliyi BERNAMA-nın 26 aprel tarixli buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının (QH) Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilməsi nəzərdə tutulan koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünə dair geniş məqalə dərc edilib.
Azərbaycanın Malayziyadakı Səfirliyindən Mediainfo.az-a verilən məlumata görə, Agentlik bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək, Zirvə görüşünün cari ilin may ayının 4-də "COVID-19-a qarşı birlikdəyik" devizi altında keçiriləcəyini bildirib. Qeyd olunub ki, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, o cümlədən dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsinin vacibliyi fonunda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü QH-nin üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənib.
Məqalədə COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizəyə Azərbaycanın verdiyi müsbət töhfələrdən bəhs olunaraq, cari ilin 10 aprel tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formasında keçirilmiş fövqəladə Zirvə görüşünün əhəmiyyəti vurğulanıb. Həmçinin sözügedən pandemiyaya qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının könüllü əsasda Ümumdünya Səhiyyə Təşkilatının cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları dəyərində könüllü maliyyə ianəsi barədə məlumat oxucuların diqqətinə çatdırılıb.
Məlumat üçün bildirmək istərdik ki, Malayziyanın ən nüfuzlu rəsmi mətbuat orqanı olan BERNAMA 1967-ci ildə təsis edildikdən sonra, 1968-ci ildən fasiləsiz fəaliyyət göstərir. Təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiya regionunda aparıcı xəbər istehsalçılarından olan BERNAMA-nın bu və ya digər materiallarına çoxsaylı yerli, regional və beynəlxalq kütləvi informasiya vasitələrində tez-tez istinadlar edilir.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































