Rusiya Prezidenti Vladimir Putini koronavirus ucbatından ciddi problemlər gözləyir. Bu, bütün Rusiyanı və hakimiyyəti maksimal şəkildə zəiflədəcək.
Mediainfo.az xəbər verir ki, bu sözlər Amerika Sahibkarlıq İnstitutunun Rusiya üzrə tədqiqatlarının rəhbəri Leon Aronun "Vol Strit Jurnal" qəzetindəki məqaləsində yer alıb.
"Özündən həddindən artıq əmin olan Rusiyanın İtaliya, Serbiya və ABŞ-a tibbi resurslarla dolu təyyarə göndərdiyi günlər artıq tarixə qovuşub. Rusiya iqtisadi böhrandan güclü əziyyət çəkib və bu, situasiyanı daha da pisləşdirir. Nə iqtisadiyyat, nə rubl tezliklə bərpa olunacaq. Qarşıdakı aylarda gəlirlərin ortalama 18% azalması, 8 milyon nəfərin isə işini itirməsi mümkündür.
Bunun Putinin 20 illik hakimiyyəti dönəmində toqquşacağı ən çətin hədəf olacağına dair heç bir şübhə yoxdur. Doğrudur, Putin özünü və rejimini xilas edə bilər. Bununla belə qəzəb qorunub saxlanılacaq. COVİD-19 Putinin prezidentliyini məhv etməyəcək, amma onun hakimiyyəti altına fəaliyyəti zəif olan bomba qoyacaq", – deyə o bildirib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

















.jpg)





























.jpg)
.jpg)






