Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılıb. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.
Milli Məclisin mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata görə, belə bir yeni şöbənin yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.
"Xatırladırıq ki, belə bir şöbə hələ 2019-cu il 19 noyabrda Milli Məclis Sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd edilir.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

















.jpg)





























.jpg)
.jpg)






