Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun 7-ci maddəsinin adı "Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti" "Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi" ilə əvəzlənir. Qüvvədə olan qanuna əsasən, deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir. Deputat Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda bu tələbin üzrsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



