Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Qəzzanın uzun müddətdir mühasirədə olması, əhali sıxlığı və məhdud səhiyyə imkanları səbəbindən koronavirusla bağlı qorxunc nəticələr ortaya çıxa bilər.
Mediainfo.az xəbər verir ki, bu sözləri BMT-nin Humanitar Məsələlər Komitəsinin Fələstin üzrə koordinatoru Cemi Makqoldric deyib.
O bildirib ki, regionda səhiyyə sisteminin gücləndirilməsi üçün Fələstin hakimiyyəti və Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) ilə danışıqlar aparılır:
"Tibbi heyət və yardım vasitələrinin təmin edilməsi üçün mənbə axtarışındayıq. 6 gün ərzində bu mənbə təmin edilməlidir. Əgər virusa yoluxma halları artarsa, vəziyyət dəyişə bilər"
Qeyd edək ki, Qəzzada 2 nəfərdə KOVİD-19-a yoluxma halı qeydə alınıb.
Mediainfo.az