Koronaya görə qanunlar sərtləşdi: bu cəzalar veriləcək

Koronaya görə qanunlar sərtləşdi: bu cəzalar veriləcək

Milli Məclis epidemiyaya qarşı mübarizəyə dəstək olacaq qanun layihələrini qəbul edib.

Mediainfo.az xəbər verir ki, bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olunub.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, 211-ci maddə aşağıdakı redaksiyada verilir:

"Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir".

Cinayət Məcəlləsinə 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddə əlavə olunur.

Həmin maddəyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

***

Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edib.

Qanuna dəyişiklik dezinformasiya, yalan məlumatların qarşısını almaq məqsədi güdür.

Dəyişikliklər bunlardır:

Qanunun 1.1 maddəsinin adında "ehtiyatında" sözündən sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsində" sözləri əlavə edilsin;

1.2. 13-2.3-cü maddədə "sahibi" sözündən sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi" sözləri, "ehtiyatında" sözündən sonra "(informasiya-telekommunikasiya şəbəkəsində)" sözləri əlavə edilsin;

1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilsin:

"13-2.3.10-1. İnsanların həyat və sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar;".

2. 13-4-cü maddənin mətnində "provayderlər" sözündən sonra "həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri" sözləri əlavə edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az