Suriyanın İdlib əyalətində Rusiya-Türkiyə qüvvələrinin birgə apardığı patrul xidməti zamanı silahlı qruplaşmaların təxribatlarından sonra Türkiyə tərəfinə M4 magistral yolundakı dəstələri zərərsizləşdirmək üçün əlavə vaxt verilib.
Mediainfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Türkiyə tərəfinə silahlı qrupların zərərsizləşdirilməsi və M4 magistral yolunda birgə patrul təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək üçün əlavə vaxt verilib.
Rusiyanın Sivilizasiyalararası Dialoq İnstitutunun siyasi mütəxəssisi Aleksey Malaşenko İdlibdə baş verən son prosesləri təhlil edib. O bildirib ki, son hadisələrdən sonra Rusiya-Türkiyə birgə patrul xidmətlərinin marşrutu qısaldılmalı olub:
"Birgə patrul xidməti İdlibdəki məsələnin həlli deyil. Türkiyənin Rusiyadan və Rusiyanın da Türkiyədən başqa gedəcəyi bir yer yoxdur, buna görə də razılaşacaqlar. Putin və Ərdoğan arasındakı görüşdən sonra sülhün hansı anlama gəldiyini gördük. Amma maraqlar dəyişməyib - Türkiyə Əsədin hakimiyyətdə qalmasınən əleyhinə, Rusiya isə lehinədir. Fərqli maraqlar, fərqli mövqelər naminə vəziyyəti kəskinləşdirmək mənasızdır".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



