Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.
Mediainfo.az xəbər verir ki, iclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinlərinə seçkilər keçirilib. Səsvermə nəticəsində Əli Hüseynli Milli Məclis sədrinin birinci müavini seçilib.
Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib. 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri doktorudur.
İndiyə qədər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri olub. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



