İlk plenar iclas başladı: Prezident MM-ə gəldi

İlk plenar iclas başladı: Prezident MM-ə gəldi

Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Mediainfo.az xəbər verir ki, iclasda martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında təsdiqlənən 121 deputat iştirak edəcək.

İlk iclasdan öncə Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı keçirilib. Onlar MM sədrliyinə və sədr müavinliyinə namizədlərini müəyyənləşdiriblər.

Belə ki, YAP MM sədrliyinə Sahibə Qafarovanın, müavinliyinə Hicran Hüseynovanın, müstəqil deputatlar isə vitse-spikerliyə Adil Əliyevin namizədliyini təsdiqləyiblər.

Milli Məclisin ilk iclasının ən yaşlı deputat Fəttah Heydərovun sədrliyi ilə saat 10:00-da başlayacağı bildirilib.

MM-in açılış sessiyasında ölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

***

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi Fəttah Heydərov edir.

***

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyinə Tahir Mirkişilinin, Əmək və sosial siyasət komitəsinin sədrliyinə isə Musa Quliyevin namizədliyi irəli sürülüb.

***

Prezident İlham Əliyev iclasda iştirak edir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az