Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasları təxirə salınıb.
Mediainfo.az-ın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, koronavirusa görə mart ayının sonuna qədər AŞPA-nın və köməkçi qurumların bütün iclaslarının təxirə salınması ilə əlaqədar qərar qəbul edilib.
Buraya Assambleyanın Hüquq Məsələləri Komitəsinin (Paris, 10 mart), Sosial Məsələlər Komitəsinin (Paris, 12 Mart), Mədəniyyət Komitəsinin (Paris, 16 Mart), Miqrasiya Komitəsinin (Paris, 19 Mart), Bərabərlik Komitəsinin (Paris, 20 Mart) və Monitorinq Komitəsinin (Ankara, 30-31 mart) iclasları aiddir.
Qərar Avropa Şurasının ev sahibi olan ölkə Fransa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq qəbul edilib. Qərar parlament üzvlərinin və katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq, həmçinin virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda AŞPA heyətinin bütün vacib olmayan səfərləri də təxirə salınıb.
Assambleyanın 20-24 aprel tarixlərinə nəzərdə tutulan növbəti plenar iclasının keçirilməsi ilə bağlı müvafiq qaydada qərar qəbul ediləcək.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



