Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə bildirib.
K.Yankauskas bildirib ki, bu il tərəfdaşlığımız baxımından iki əsas məsələ var - "Şərq Tərəfdaşlığı" çərçivəsində və Azərbaycan hökuməti ilə apardığımız yeni saziş üzrə danışıqlar.
Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" proqramına münasibəti və yanaşmanı dəyişdirə biləcək o cümlədən, yeni əməkdaşlıq formatına keçməyə imkan verəcək yeni saziş üzərində danışıqlar aparılır.
Səfir həmçinin bildirib ki, Avropa İttifaqında gender bərabərliyi və qadın hüquqları prioritet məsələlərdən biridir:
"Biz Azərbaycanda həyata keçirdiyimiz bütün layihələrdə gender məsələlərinə xüsusi diqqət ayırırıq".
Ötən il Avropa İttifaqının Azərbaycanda təşkil etdiyi "Qız qalası. Qadın olmaq" layihəsini xatırladan K.Yankauskas bildirib ki, bu layihə də qadın hüquqlarına diqqət çəkib.
Səfir, həmçinin Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasının əhəmiyyətini vurğulayıb və Aİ-nin bu məsələdə Azərbaycana dəstək olmağa hazır olduğunu bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































