Koronavirus epidemiyasının yayılması halında nə lazımdırsa, etməyə hazırıq. Çin dövlət başçısı koronavirusun yayılmasına qarşı mübarizə üçün çox işləyir.
Mediainfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Prezident bildirib ki, virusun ABŞ-a risk yaratmaq ehtimalı çox azdır:
"Ancaq Vaşinqton epidemiyanın artmasına qarşı hazır vəziyyətdədir".
ABŞ Konqresindən koronavirusla mübarizə üçün 2,5 milyard dollar tələb etdiklərini xatırladan ABŞ prezidenti əlavə edib ki, daha çox maliyyəyə ehtiyac ola bilər:
"2,5 milyard istəmişik və bunun çox olduğunu düşünürük. Ancaq demokratlar və senator Şumer bundan daha çoxunu almamızı istəyir. 15 xəstəmiz var və bəzilərinin səhhətində yaxşılaşma müşahidə olunur. Bəlli bir nöqtədə İtaliya və Cənubi Koreyaya səyahətlərin dayandırılmasına ehtiyacımız ola bilər, ancaq indi bu doğru zaman deyil".
Tramp eyni zamanda vurğulayıb ki, koronavirusla mübarizə üçün ABŞ-ın vitse-prezidenti Penceyə müvafiq tapşırıq verib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Ağ Evdə Prezident Trampın sədrliyi ilə koronavirusla bağlı geniş toplantı keçirilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































