Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində Rusiya XİN başçısı Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama arasında görüş keçirilib.
Mediainfo.az xəbər verir ki, görüşdə çıxış edən Rusiya XİN başçısı E.Ramanın Rusiya ilə məsləhətləşmələr aparmaq səylərini yüksək qiymətləndirib.
"Bu gün beynəlxalq vəziyyətin mürəkkəb olduğunu demək artıq olar. Təəssüflər olsun ki, ATƏT-də ziddiyyətli ritorika üstünlük təşkil edir, güzəştli həll yollarını tapmaq əvəzinə polemika gücləndirilir. Burada ATƏT sədrinin gördüyü iş çox vacibdir", - deyə S.Lavrov vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova S.Lavrovla E.Ramanın görüşündə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırkı fəaliyyəti və 2020-ci il üçün iş planı müzakirə olunacağını söyləyib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































