Almaniya paytaxtının ən mərkəzi nöqtəsində - Brandenburq qapıları qarşısındakı meydanda Avropa azərbaycanlılarının kütləvi mitinqi başlayıb. Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş mitinq "Ümumavropa Qarabağ mitinqi" adı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, mitinq dünyanın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilir, onun təşkilatçılığını isə Almaniya Azərbaycanlıları Alyansı öz üzərinə götürüb. Mitinqdə AFR, Niderland, Belçika, Lüksemburq, Macarıstan, Polşa, Çexiya, Slovakiya, İspaniya, İtaliya, İsveç, Norveç, Finlandiya, Latviya, Litva, Estoniya, Avstriya, İsveçrə, Fransa, Rumıniya, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan və Türkiyədə yaşayan həmvətənlərimiz iştirak edirlər. ABŞ və Kanadada yaşayan həmvətənlərimiz də bu möhtəşəm mitinqdə iştirak etmək üçün transatlantik uçuş ediblər. Başqa xalqların dost diaspor təşkilatlarının nümayəndələri, xüsusilə də türkdilli qardaşlarımız, habelə Ukrayna və Gürcüstandan olan dostlarımız da azərbaycanlılarla həmrəy olduqlarını bildirməyə gəliblər.
Bu dəqiqələrdə Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində "Qarabağ Azərbaycanındır!", "Terrora və işğala yox deyirik!", "Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!", "Ermənistan Qarabağın işğalına son qoymalıdır!", "İşğala dayan deyirik!", "Qarabağ əcdadlarımızın torpağıdır!" sözləri yazılmış böyük transparantlar tutublar.
Mediainfo.az-ın verdiyi xəbərə görə, AzərTac-ın xüsusi müxbiri mitinqdə çıxış edəcək bir neçə iştirakçı ilə söhbət edib. Söhbət zamanı onlar bildiriblər ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini, Xocalıda soyqırımı törətmiş cinayətkarların cəzasız qaldıqlarını, Ermənistan rəhbərliyinin dinc danışıqları pozmağa və çıxılmaz vəziyyətə salmağa çalışdığını Berlin sakinlərinin və Almaniya paytaxtının qonaqlarının diqqətinə çatdırmağa hazırlaşırlar.
Bu dəqiqələrdə meydanda Azərbaycan Respublikasının himni səslənir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































