Türkiyənin xarici işlər naziri İdlibdə vəziyyətin gərginləşməsinin Suriya ilə bağlı Astana və Soçi danışıqlarında əldə edilmiş razılaşmalara zərər vurduğunu söyləyib.
Mediainfo.az Tass.ru-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalına müsahibəsində bildirib.
"Biz deyə bilmərik ki, Soçi və Astana fəaliyyətini dayandırıb, lakin biz onlara ziyan dəydiyini deyə bilərik. İndi biz Əsəd rejimini həm danışıqlar masası arxasında, həm də yerində dayandırmaq üçün əlimizdən gələni edəcəyik", - deyə Türkiyə XİN başçısı bildirib. Nazirin fikrincə,"Suriya prezidenti Bəşər Əsəd rejiminin hücumu Soçi və Astana razılaşmalarının şərtlərinin yerinə yetirilməsini çətinləşdirir".
Çavuşoğlunun sözlərinə görə, Türkiyə İdlib məsələsində Rusiya ilə əlaqələri gücləndirmək niyyətindədir. "Biz Rusiya tərəfinə mülahizələrimizi vermişik, qarşıdakı dövrdə əlaqələrimizi gücləndirəcəyik", - deyə o qeyd edib. Buna görə də ola bilsin ki, prezidentlərin - Türkiyə və Rusiya prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin ilə görüşü baş tutsun".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


