Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində sabah Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel ilə görüş keçirəcək.
Mediainfo.az xəbər verir ki, tərəflər Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələlərini, habelə yeni sazişlə bağlı danışıqların gedişatını müzakirə edəcəklər.
Bununla yanaşı, nazir E.Məmmədyarov bu gün Aİ-nin kənd təsərrüfatının inkişafı üzrə komissarı Fil Hoqan, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Oliver Vargei ilə də görüşlər keçirəcək.
Xatırladaq ki, Xarici İşlər naziri Albaniya üçün beynəlxalq donorlar konfransında iştirak etmək üçün ötən gün Brüsselə yola düşüb.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































