Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Rusiya ilə Əsəd rejimi arasında böhran dərinləşir.
Mediainfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Taha Dağlı yazıb. O bildirib ki, Putin Əsəddən 4 milyard dollarlıq müharibə təzminatı tələb edir:
“Pulu aldıqdan sonra Rusiyanın Əsədi devirəcəyi iddia edilir. Belə olarsa, Putin Əsədin yerinə kimi gətirməyə çalışacaq? Süheyl Həsən. Suriyada 5-ci ordu komandiri. Rusiyaya bağlı generaldır. Eyni zamanda, Rusiya ordsunun Qərargah rəisinin Suriyadakı bir nömrəli adamıdır. Fevral ayında Türkiyə ordusunun “Bahar qalxanı” əməliyyatında yaralanıb. Əlbəttə, bütün bunlar Rusiya tərəfindən belə görünür. İşin bir də İran tərəfi var. İranın Rusiyanın bu kimi planlarına necə qarşılıq verməsi də ayrı məsələdir”.
Mediainfo.az