Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yanvarın 30-da baş tutmuş görüşdə "azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə yaşayış bölgələrinin yaradılmasının" müzakirə edildiyini bildirib. Qarabağ separatçılarının "tş"sinin sabiq rəhbəri Vitali Balasanyan isə Cenevrə görüşlərində birgə yaşayış bölgələrinin Laçının cənubunda yaradılması və burada sülhməramlı qüvvələrin yerləşməsinin müzakirə edildiyini deyib.
Mediainfo.az xəbər verir ki, bu bəyanatl Axar.az-a şərh edən rusiyalı politoloq Aleksey Anpiloqov bildirib ki, diqqətçəkən məqam açıqlamaların Paşinyanın siyasi rəqibləri və onların Dağlıq Qarabağda keçirilən "seçkilər"də əlaltıları tərəfindən verilməsidir.
"Od olmasa, tüstü çıxmaz. "Paşinyan sülh naminə Azərbaycanın xeyrinə nədən keçməyə hazırdır" sualı mənim üçün hələ də açıq olaraq qalır", - Anpiloqov deyib.
Politoloq Laçın rayonunun qaytarılmasının müzakirə edildiyini düşünmür:
"Çünki bu, Ermənistan üçün fəlakətlə nəticələnər".
Onun sözlərinə görə, gedən söz-söhbətlər ermənilərin seçkiqabağı kampaniyasından başqa bir şey deyil. Əgər həqiqətən belə bir danışıqlar aparılıbsa və yerinə yetiriləcəksə, bu alqışalayiqdir:
"Paşinyan işğaldakı bir sıra əraziləri Azərbaycana qaytarmağa hazırdır. İşğal olunmuş ərazilərin qaytarılmasına isə Kəlbəcərdən başlamaq daha realdır", - deyə politoloq qeyd edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































