Belarus və Azərbaycan arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir.
Mediainfo.az xəbər verir ki, bu fikri Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç söyləyib.
Sədr müavini Azərbaycanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb və bildirib ki, Belarus həm parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində, həm də Azərbaycanla qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqda maraqlıdır.
Səfir L.Qəndilov, öz növbəsində, qeyd edib ki, Azərbaycan və Belarusun digər ölkə və təşkilatlarla olan münasibətlərində mövqeyi yaxındır, hətta bəzi hallarda üst-üstə düşür. Məhz bu baxımdan o, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birini qarşılıqlı dəstəkləmək ənənəsinin davam etdirilməsinin zəruri olduğunu söyləyib.
Səfir Belarus məhsullarının keyfiyyətli olduğunu və bunun Azərbaycanda yüksək səviyyədə qiymətləndirildiyini deyib.
Görüşdə Böyük Vətən müharibəsinin 75-ci ildönümü ilə bağlı keçiriləcək dövlət tədbirlərlə bağlı hazırlıq işləri də müzakirə olunub.
Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşməsinə kömək etmək üçün qarşılıqlı niyyətlərini ifadə ediblər. Onlar hər iki ölkənin parlamentlərinin dostluq qruplarının işinin vacibliyini vurğulayıblar.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


