Pelosi Trampın çıxışının mətnini cırıb

Pelosi Trampın çıxışının mətnini cırıb

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın ABŞ Konqresindəki "Ölkənin vəziyyəti haqqında" illik müraciəti ilə etdiyi nitqdən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

Mediainfo.az "TASS" agentliyinə istinadən xəbər verir ki, Tramp çıxışının bir nüsxəsini nitqindən bir neçə dəqiqə əvvəl Pelosiyə təhvil verib.

Bu vaxt spiker prezidentə əl uzatsa da, prezident onun əlini sıxmayıb və geri çevrilərək tribunadakı yerini tutub. Öz növbəsində Pelosi bir neçə dəqiqə sonra Trampı millət vəkillərinə təqdim edərək, quru şəkildə deyib: "Konqres üzvləri, ABŞ Prezidenti". Tramp da bunun cavabında "prezidenti təmsil etməyin böyük şərəf və imtiyaz" olmasını ifadə edən ənənəvi sözləri işlətməyib.

Tramp nitqini başa çatdırdıqdan sonra onun arxasında olan Pelosi sənədləri masadan götürərək cırıb.

"Mümkün alternativləri nəzərə alsaq, bu, yerinədüşən oldu", - deyə N.Pelosi sonradan jurnalistlərə hərəkətlərinin səbəbini izah edərkən bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az