ABŞ-ın nüfuzlu "Jamestown Foundation" nəşrində Azərbaycanda 2019-cu il ərzində həyata keçirilən islahatlardan bəhs edən "İlə baxış: Azərbaycan daxili islahatlar və çoxtərəfli xarici siyasət həyata keçirir" sərlövhəli məqalə dərc olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Mediainfo.az-a bildiriblər ki, müəllifi Mərkəzin şöbə müdiri Fuad Çıraqov olan məqalədə 2019-cu ilin Azərbaycan üçün çox dinamik olduğu, yanvar-dekabr ayları ərzində müxtəlif islahatların həyata keçirildiyi və idarəçiliyin yeni nəslə ötürüldüyü diqqətə çatdırılır.
Müəllif Prezident İlham Əliyevin 2019-cu il ərzində demək olar hər ay özünün yeni islahatları və təyinatları ilə yerli və beynəlxalq müşahidəçiləri təəccübləndirdiyini yazır. Qeyd edir ki, qonşu regionlarda siyasi dinamizm siyasi hakimiyyətlərdən narazı kütlələrin etirazları ilə müşayiət olunsa da, bu, Azərbaycanda dövlət başçısının islahatları ilə özünü göstərir.
Məqalədə davam edən islahatlar fonunda ölkənin qanunverici orqanının aparılan islahatlara uyğunlaşdırılması üçün Milli Məclisin yeni seçkilərə getməsi və bununla bağlı dövlət başçısına müraciət etməsi də vurğulanır.
Həmçinin diqqətə çatdırılır ki, ölkə daxilində aparılan islahatlara və müsbət dəyişikliklərə baxmayaraq, Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş olmayıb, Ermənistan təcavüzkar və status-kvonu saxlamaq siyasətini davam etdirir.
Bununla yanaşı, ötən il xarici siyasət sahəsində qazanılan uğurlar kimi, TANAP layihəsinin açılışının olduğu və Bakıda 120 ölkədən nümayəndə heyətinin iştirak ilə Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün keçirildiyi diqqətə çatdırılır.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


