Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP sədrinin müavini Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin deputatları, YAP üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Əhmədov 20 Yanvar faciəsini törədənlərin bu günə qədər cəzasız qalmasına təəssüfləndiyini bildirib:
"Bir neçə gündən sonra Azərbaycan tarixinin ən qanlı faciələrindən olan 20 Yanvar qırğınının 30 ili tamam olur. Azərbaycanın hər bir guşəsində bu tarix qeyd edilir, şəhidlər yad edilir.
Xüsusi vurğulamaq istəyirəm ki, 30 il bundan əvvəl törədilənlər sadəcə o zamankı sovet imperiyası və sovet imperiyasının rəhbərliyində duranlar idi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına rast gəlmək demək olar ki, mümkün deyildi. 20 Yanvar faciəsi və qırğını yeganə haldır ki, bu faciəni və qırğını törədənlərin heç biri bu günə qədər öz cəzasını almayıblar. Nə bu qırğının törədilməsinə əmr verənlər, nə də onun müxtəlif səviyyədə vəzifə daşıyaraq edənlər...
Ə.Əhmədov ümumilli lider Heydər Əliyevin bu faciəyə qiymət verilməsi yolunda gördüyü işlərdən də bəhs edib:
"Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə onun əsl baiskarını və səbəbkarını, o zamanlar Sovetlər İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi , bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilmiş faciənin sadəcə olaraq Azərbaycan xalqının hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir. Həmin faciə törədiləndən təxminən bir il sonra Sovet imperiyası çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu.
Bu gün biz ayrıca onu vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş insanlarımızın da rolu var. Təbiidir ki, bugünkü müstəqilliyimizi, inkişafımızı , gələcəyə ümidlə irəliləməyimizi qiymətləndirərkən eyni zamanda bu yolda tökülən qanların sahiblərini də xatırlamalıyıq. Azərbaycan xalqı 20 Yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq. Bu, bizim müstəqillik yolunda verdiyimiz itkilərdir. Amma əldə etdiyimiz müstəqillik və bu müstəqilliyin Azərbaycanın hər bir vətəndaşına, bütövlükdə dövlətimizə gətirdiyi üstünlüklərdir".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































