Türkiyənin Liviyaya əsgər göndərməsi milli maraqların qorunması baxımından zəruri səbəblərə söykənir.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Əhməd Yavuz çıxış edib. Yavuz qeyd edib ki, ən vacib səbəb Sərracın rəhbərlik etdiyi hökumətlə imzalanan müqavilələrdir:
"Həqiqətən Liviya Milli Razılıq Hökuməti məğlub olacağı təqdirdə müqavilənin məhv olacağı açıq-aydındır".
Ə.Yavuz Türkiyənin Liviyaya hərbi müdaxiləsi nəticəsində qarşılaşacağı hərbi və siyasi riskləri dəyərləndirib və bunun 4 təməl riskə dayandığını vurğulayıb:
1. Türkiyənin Liviyada dəstəklədiyi Sərrac hökumətinin uduzması Türkiyənin də məğlub olması deməkdir. Hökumətin Liviyaya ən qısa müddətdə qoşun göndərmək istəyi bu riskin aradan qaldırılması ilə əlaqədardır. Əsgərlərimiz Haftar qüvvələrini Tripolidən kənara sıxışdırsalar, bu risk aradan qalxacaq.
2. Planlaşdırılmamış və gözlənilməmiş isti qarşıdurmalar da risk yarada bilər. Bu risk əsasən, hərbi qüvvələrimizin münaqişə bölgəsinə qoşun yeritməsinə hava dəstəyinin olmaması ilə əlaqədardır. Prezident Ərdoğanın son Tunis səfəri də bu risklə əlaqələndirildi. Tunisdə hərbi bazaya sahib olmaq ordumuz üçün, xüsusən də Liviyadakı hava qüvvələri üçün böyük bir üstünlük olardı. Ancaq görünür ki, Liviya ilə sərhəddə olan Tunis təklifi qəbul etməyib.
3. Liviyanın dağılması da Türkiyə üçün bir risk yaradır. Bu olarsa, dənizdə nəzarəti Haftar rejimi ələ keçirəcək.
4. Ən böyük risklərdən biri, kiçik ehtimal olsa da, regional qarşıdurma ilə bağlıdır. Türkiyə bu anda İraq, Kipr və Suriyada birlik quracaq. Hərbi təhlükəsizlik əməliyyatları da davam edəcək. Şərqi Aralıq dənizi donanması hazır vəziyyətdədir və güclüdür. Əvvəlcə, Tripolini müdafiə etmək üçün hərbi briqada göndəriləcək. Sonra daha çox əsgər lazım ola bilər. Bu cür hərbi iğtişaşlar regional münaqişə üçün böyük risklər yaradır.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


