Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Mərkəzin Çin və Asiya ilə əməkdaşlıq üzrə koordinatoru Emil Məmmədov Çinin Daxili İşlər Nazirliyinin dəstəyi və Hindistanın Baş Naziri Narendra Mondinin himayəsi ilə təşkil olunan 5-ci Raisina Dialoq Forumunda iştirak ediblər.
Bu barədə Mediainfo.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov məlumat verib. O bildirib ki, Hindistanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər çərçivəsində Forumun Asiyanın gələcəyi panelində regionda Çinin reallaşdırdığı "Bir kəmər, bir yol" təşəbbüsü haqqında məlumat verib.
Hindistanın yeganə Sülh mükafatçısı Kailaş Satyarthi ilə keçirilən görüşdə onun VIII Qlobal Bakı Forumu çərçivəsində Bakıya səfəri və rəhbərlik etdiyi Uşaqların Gələcəyi üçün Liderlər və Nobel Mükafatçıları (21 nobel mükafatçısı daxildir) platforması ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Qlobal böhranlar dövründə dünyada sülhün, dialoqun və tolerantlığın təbliği istiqamətində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Kailaş təsis etdiyi mükafatı Mərkəzə təqdim edib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


