Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq mövcud qanunvericiliyə uyğun, tam şəffaf formada həyata keçirilir.
Mediainfo.az-ın məlumatına görə, bu fikirləri secki-2020.az saytına Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Müstəqillik illərində Azərbaycanın zəngin seçki təcrübəsinin formalaşdığını bildirən baş redaktor bildirib: "Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. İndiyə qədər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində formalaşmış zəngin seçki təcrübəsi artıq beynəlxalq miqyasda da nümunə kimi qəbul olunur. Bu təcrübə hər seçkidən-seçkiyə daha da təkmilləşir və bütün bunlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır".
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda innovativ texnologiyalar əsasında dövlət idarəçiliyinin təkmilləşməsi istiqamətində mühüm islahatlar həyata keçirilir: "Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə müxtəlif sahələrdə ciddi islahatlar aparılır. Bu proses ölkəmizin inkişafını daha da sürətləndirməyə, insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir. Atılan addımlar nəticəsində Azərbaycanın dünyanın ən islahatçı ölkələri sırasında ilk pillələrə yüksəlməsi də təsadüfi deyil. Mövcud vəziyyət təbii olaraq, seçki mühitinə də müsbət təsir edir. Xüsusilə sabitlik, hüquqi dövlət quruculuğu seçkilərin azad, şəffaf keçirilməsini təmin edən başlıca amillərdəndir".
Baş redaktor seçki prosesində texnoloji yeniliklərin tətbiq edilməsinin şəffaf seçkilərin keçirilməsinin təmin olunması istiqamətində mühüm addım olduğunu ifadə edib.
O vurğulayıb ki, mövcud seçki mühiti və qanunvericilik parlament seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcəyini deməyə əsas verir.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


