İraqın baş naziri vəzifəsini icra edən Adil Abdulmehdi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon danışığında beynəlxalq koalisiya qoşunlarının ölkədən çıxarılmasına hazırlıq üçün Bağdada nümayəndə heyəti göndərməyi xahiş edib.
Mediainfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, Adil Abdulmehdi bunu xarici qoşunların İraqdan təhlükəsiz çıxarılması üçün mexanizm hazırlanmasının vacibliyi ilə izah edib. Amerika əsgərlərinin və pilotsuz uçan aparatlarının İraq ərazisinə icazəsiz girdiyi, bunun iki ölkə arasında anlaşmaya zidd olduğunu da qarşı tərəfin diqqətinə çatdırıb. Mayk Pompeo məsələni izləyəcəyini və İraqın suverenliyinə hörmət etdiklərini bildirib
Hazırda İraq ərazisində təxminən 5,2 min amerikalı hərbçi yerləşir.
Qeyd edək ki, İraq Nümayəndələr Şurasının (parlament) deputatları yanvarın 5-də keçirilən təcili iclasda hökumətdən ölkədəki xarici qoşunların mövcudluğuna son qoymağı və beynəlxalq terror əleyhinə koalisiya ilə təhlükəsizlik barədə saziş çərçivəsində fəaliyyəti dayandırmağı tələb edib. İclas ABŞ-ın İraq ərazisinə endirdiyi bir neçə raket zərbəsindən sonra ölkədə vəziyyətin gərginləşməsi fonunda keçirilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































