Yanvarın 10-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun 2020-ci ildə ilk səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 1 saylı Bakı Tibb Kollecinin akt zalında Bəsti Bağırova küçəsinin sakinlərilə keçirilib.
Mediainfoi.az xəbər verir ki, səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xüsusilə Prezidentin 2019-cu ildə həyata keçirdiyi islahatlardan vətəndaşlara geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırıb.
İcra Başçısı 2020-ci ildə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məqəsdilə islahatların davam etdiriləcəyini bildirib. Ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi istiqamətində görülən işlərin nəticəsində yeni idarəetmə modelinin yaradıldığını və ölkəmizin gələcəkdə də daha sürətlə inkişaf edəcəyini vurğulayıb. 2019-cu il ərzində və 2020-ci ildə də "IDEA" İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdiriləcəyini yeni məhəllələrin salınacağını diqqətə çatdırıb.
Görüşdə vətəndaşları narahat edən kompensasiya məsələləri, dam örtükləri və qəzalı binaların təmiri ilə bağlı olub. İcra başçısı sakinləri narahat edən bu kimi mövzularla bağlı onlara ətraflı məlumat verib.
Sonda sakinləri narahat edən kommunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.
Mediainfoi.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


