“2020 Azərbaycan üçün sabit il olacaq” – Politoloq

“2020 Azərbaycan üçün sabit il olacaq” – Politoloq

"2020-ci ildə nələrin baş verəcəyi, Azərbaycanın bu proseslərdə yeri və rolu haqqında danışarkən təbii ki, son zamanlar baş verən hadisələri təhlil etmək lazımdır. Hadisələr onu göstərir ki, beynəlxalq güclərin region və regiona yaxın ölkələrdə apardığı davranış bilavasitə Azərbaycana da təsir edəcəkdir".

Bu fikirləri Mediainfo.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov dünyada və Azərbaycanda baş verən siyasi proseslərin 2020-ci ildə hansı şəkildə davam edəcəyini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Qafqaz ikinci dərəcəli coğrafi bölgə olsa da, daha çox beynəlxalq güclərin mübarizə meydanı olan Yaxın Şərq, Suriya, Liviya ətrafında baş verən hadisələr, eyni zamanda İranla ABŞ arasındakı gərginləşmə təbii ki, bilavasitə Cənubi Qafqazdakı proseslərə təsir edə bilər: "Getdikcə biz görürük ki, hegemon dövlətlər arasında artıq yeni coğrafiya bölgüsünə start verilibdi. Ayrı-ayrı beynəlxalq və regional güclər ayrı-ayrı coğrafiyaları özününküləşdirməklə, bir növ əslində guya sivil, diplomatik yolla işğaldan söhbət gedir".

Z.Məmmədov əlavə edib ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün hələ də həll edilməmiş qalmaqdadır: "Bunun da ən əsas səbəbi beynəlxalq güclərin proseslə bağlı hərəkətsizliyidir. Bu hərəkətsizlik və regionda yaranmış status-kvo təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının dünyada həlledici yerə və rola malik 5 daimi üzvünü qane etməkdədir. Biz 2020-ci ildə bu proseslərin inkişafının görəcəyik. Məlumdur ki, Azərbaycan son bir neçə ildə beynəlxalq iqtisadi, enerji, həmçinin nəqliyyat layihələrinə imza atıb. Bu, Prezident İlham Əliyevin apardığı uzunmüddətli, davamlı strategiyanın əsasında baş verib. Baxmayaraq ki, Azərbaycana qarşı bir çox çağırışlar var və təzyiq mexanizmlərini işə salmaq istəyirlər. Lakin müstəqil Azərbaycan ayaqda durmağı bacarır. Həqiqətən kiçik Azərbaycan bu gün böyük regional layihələrə imza atır. Bu da Ermənistan tərəfində ciddi narahatlığın baş verməsinə gətirib çıxarıb. Hər bir halda mən bu ili Azərbaycan üçün sabit il olaraq proqnozlaşdırıram. 2020-ci ildə Azərbaycanda davam edən struktur islahatları, eyni zamanda sosial və iqtisadi sahədəki islahatlar davam edəcəkdir. Modernləşmə istiqamətində Azərbaycan dövlət idarəçiliyi daha da təkmilləşəcəkdir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az