Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Pekində Çin Sosial Elmlər Akademiyası, Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyasında görüşlər keçirib.
BMTM-in mətbuat xidmətindən Mediainfo.az-a bildiriblər ki, görüşlərdə ölkəmizin yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan Dalıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirilməsi nəzərdə tutulan proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb. Fərid Şəfiyev, həmçinin Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə çinli həmkarlarına məlumat verib.
Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədilə Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma memorandumları imzalanıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































