Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya və İrana başsağlığı verib.
Mediainfo.az-ın məlumatına görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.
XİN qeyd edib:
"Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədər hissi ilə qarşıladıq. Faciəvi şəkildə yaxınlarını itirmiş ailələrə başsağlığı veririk", - deyə qeyd olunub.
Yanvarın 8-də Tehrandan havaya qalxan "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
İlkin məlumatlara görə, Kiyevə getmək üçün İmam Xomeyni beynəlxalq aeroportundan havaya qalxan təyyarə qısa müddət sonra qəzaya uğrayıb.
Təyyarədəki sərnişinlərin və ekipaj üzvlərinin hamısı həlak olub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


