Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır.

Mediainfo.az-ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, siyahılar məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 35 gün qalanadək, yəni 2020-ci il yanvarın 5-dək yerləşdirilməlidir.

Bundan əlavə, seçki bülletenlərinin mətninin, formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti də yanvarın 5-də başa çatır. Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 35 gün qalanadək 2020-ci il yanvarın 5-dək təsdiq edilməlidir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.27

2026.10.26

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az