İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Əl-Qüds" dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini beynəlxalq terror aktı adlandırıb.
Mediainfo.az xəbər verir ki, nazir "Twitter" səhifəsindəki açıqlamasında, həmçinin iranlı generalın qətlə yetirilməsinin bütün nəticələrinə görə məsuliyyətin ABŞ-ın üzərinə düşəcəyini qeyd edib.
Bundan əvvəl Pentaqon Bağdad beynəlxalq aeroportu rayonuna iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən raket zərbəsi endirdiyini təsdiqləyib. Amerika Müdafiə Nazirliyinin mətbuat mərkəzi isə öz növbəsində, məlumat verib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirilib.
İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
"Əl-Qüds" dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 2-də axşam Bağdad aeroportu rayonuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın "Əl-Xaşd əş-Şaabi" şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


