Türkiyə XİN: Liviyada vəziyyətin siyasi yolla həllini dəstəkləyirik

Türkiyə XİN: Liviyada vəziyyətin siyasi yolla həllini dəstəkləyirik

Ərəb Dövlətləri Liqasının (ƏDL) Daimi Nümayəndələri Liviyadakı böhranı müzakirə etmək üçün ötən il dekabrın 31-də fövqəladə iclas keçirib. İclasın qərarına görə, Liviya böhranından çıxış üçün yeganə yolun siyasi müzakirələr olduğu ifadə edilir.

Mediainfo.az xəbər verir ki, ƏDL-nin sözügedən qərarı ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin rəsmi saytında yer alan açıqlamada bildirilir ki, Türkiyə tərəfi Liviya Milli Keçid Hökumətini müdafiə edir, ölkədə vəziyyətin siyasi yolla həllini dəstəkləyir və Liviya xalqının sülh və azadlığı naminə zəruri olan bütün köməkliyi göstərəcək. Bildirilir ki, Liviya Siyasi Anlaşması (Suheyrat Anlaşması) və BMT Təhlükəsizlik Şurasının bu böhranla bağlı məlum qərarı xaricdən dəstək alan silahlı birləşmələr tərəfindən pozulmaqdadır. Təəssüflə vurğulanır ki, Ərəb Dövlətləri Liqası bu vaxtadək Liviyadakı qanunsuz silahlı dəstələrin fəaliyyətinə biganə qalıb.

Açıqlamada ifadə olunur ki, Liviyada liviyalıların iştirakı və sahibliyi ilə əhatəli və uzunmüddətli siyasi həll variantı silahlı birləşmələri cəsarətləndirməklə deyil, onları qanunsuz əməldən yayındırmaqla mümkündür.

Qeyd edək ki, Türkiyə ilə Liviya arasında təhlükəsizlik və hərbi yardımla bağlı anlaşma imzalanıb. Türkiyə Böyük Millət Məclisi bu sənədi təsdiqləyib. Türkiyə tərəfi Liviya hökumətinin müraciəti əsasında bu ölkəyə hərbi dəstək verməyə hazır olduğunu bəyan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az