Dünya Azərbaycanlılarının Həmrəylik Günü birlik və bərabərlik platformasıdır. Bu günün milli birlik bayramına çevrilməsi ötən dövrdə zəngin bir tarix yaradıb.
Bu fikirləri 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramının tarixi əhəmiyyətini Mediainfo.az-a şərh edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver səsləndirib.
Qarşıdan gələn Yeni ildə Azərbaycan xalqına firavanlıq və rahat həyat arzulayan professor Akkan Suver deyib: "2019-cu il Azərbaycana ümumilikdə böyük uğurlar qazandırdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ədirnədə təntənəli mərasimlə TANAP və TAP qaz ixrac boru kəmərinin birləşməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə böyük şair İmadəddin Nəsiminin doğum günü şərəfinə bir gündə 650 min ağacın əkilməsi bu nailiyyətlər sırasında ən mühüm tarixi hadisələrdir. 2020-ci ilin Azərbaycan üçün daha uğurlu olmasını arzu edirəm."
Azərbaycan-Türkiyə dinamik inkişaf münasibətlərinin bütövlükdə Avrasiya üçün əhəmiyyətli olduğunu ifadə edən professor Akkan Suver bildirib ki, iki qardaş ölkənin məram və məqsədlərinin dünya birliyinə daha dolğun çatdırılmasında xarici ölkələrdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycan və Türkiyə diasporlarının üzərinə ağır və şərəfli mənəvi məsuliyyət düşür.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































