Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
Mediainfo.az-ın məlumatına görə, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.
Tanınmış bəstəkarlar Klod Debüssinin "Ay işığı", Robert Şuman və Ferens Listin "İthaf", Moris Ravelin "Sonatina", Fredirik Şopenin "Noktürn", "Polonez", "Vals", Vasif Adıgözəlovun "Prelüdiya", Adil Bəbirovun "Prelüdiya-Skterso" əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.
Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


