Azərbaycanda 2019-cu ildə qeyri-formal iqtisadiyyata qarşı aparılan mübarizə nominal orta aylıq əməkhaqqında 15 faizlik artıma imkan yaradıb.
Bunu Mediainfo.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov son vaxtlar bəzi mətbu orqanlarda Azərbaycanda orta aylıq əməkhaqqının digər MDB ölkələri ilə müqayisəsinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, bu il ölkədə 160 mindən artıq yeni əmək müqaviləsi bağlanıb. Bu da qeyri-formal məşğulluğun rəsmiləşdirilməsidir. Və nəticə etibarilə orta aylıq əməkhaqqında artım tempinin yüksəlməsinə gətirib çıxarıb:
"Orta aylıq əməkhaqları barədə danışarkən alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyən müqayisəyə ehtiyac var. Xüsusi qeyd etmək lazımdır ki, nominal və ya beynəlxalq dollar ifadəsində orta aylıq əməkhaqlarının müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmadan mövcud vəziyyəti qiymətləndirmək olmur. Azərbaycanda da orta aylıq əməkhaqqının digər ölkələrlə müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, qeyri-formal məşğulluğun minimallaşdırılması və növbəti illərdə islahatların davam etdirilməsi birmənalı şəkildə proqnozlaşdırmağa imkan verir ki, yaxın vaxtlarda Azərbaycan nominal orta aylıq məbləğə görə MDB-də ilk üçlüyə daxil ola biləcək. Xüsusən, nəzərə almaq lazımdır ki, qeyri-formal məşğulluğun minimallaşdırılması rəsmi əməkhaqqı səviyyəsinin yüksəlməsinə imkan verir. Bu da nəticə etibarilə rəsmi əməkhaqqı məbləğlərinin eyniləşməsinə şərait yaradır. Bu baxımdan, real əməkhaqlarını müqayisə etsək, Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir və sözsüz ki, qonşu ölkələrdəki həyat səviyyəsini Azərbaycanla müqayisə etsək, birmənalı şəkildə bunun şahidi olarıq. Beləliklə, rəsmi əməkhaqqının real əməkhaqqına çatdırılması və nəticədə qeyri-formal məşğulluğun aradan qaldırılması növbəti illərdə Azərbaycanın MDB-də ən aparıcı yerlərdən birində qərarlaşmasına imkan verəcək".
V.Bayramov vurğulayıb ki, bu baxımdan, hazırda real əməkhaqqı müqayisəsində Azərbaycan MDB-də daha yüksək orta aylıq əməkhaqqı təklif edən ölkələrdən biridir. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan alıcılıq qabiliyyəti nəzərə alınmaqla MDB-də ən yüksək minimum əməkhaqqı verən ilk ölkələrdəndir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































