9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyir.
Mediainfo.az xəbər verir ki, artıq indiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub.
Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə, Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev, Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fazil Mustafadır.
Milli Məclisin indiki tərkibinə daxil olan deputatların böyük çoxluğu parlamentin buraxılmasının lehinə olub. Milli Məclisin buraxılması isə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyası ilə izah edilib. Bildirilib ki, indiki parlament yarıtmaz fəaliyyəti ilə islahatlara mane olur. Deputatlar da Milli Məclisin buraxılmasına səs verməklə bunu təsdiq ediblər. Bu baxımdan onların yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər uzağa gedən nəticələr çıxararaq növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən cüzi fərqlənəcəyini bildirirlər. Halbuki növbədənkənar seçkilər elan ediləndə cəmiyyətdə Milli Məclisin dəyişəcəyinə böyük ümid yaranmışdı. Məhz bu ümiddir ki, növbədənkənar seçkilərə marağı artırıb.
Lakin bədbin olmayan ekspertlər də var. Onların fikrincə, adıçəkilən şəxslərin namizədliklərini irəli sürmələri onların deputat seçilməsi demək deyil. Onların fikrincə, ötən seçkilərdə hakim partiyanın dəstəyilə parlamentə düşən bu şəxslərə növbədənkənar seçkilərdə belə bir dəstəyin olacağı barədə qəti qərar yoxdur. Ona görə də tələsik nəticələr çıxarıb bədbinliyə qapılmaq doğru deyil.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































