"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirəm. Cənab İlham Əliyev fəaliyyətilə, gördüyü işlərlə daim tarixdə qalacaq parlaq simadır, yüksək səriştəli dövlət adamıdır. O, dövlət və xalq adamı olmağın müstəsna nümunəsidir. Malik olduğu idarəçilik keyfiyyətləri, alicənablığı və kübarlığı onu hər zaman və hər vəziyyətdə önə çıxarır".
Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "Facebook" səhifəsində paylaşıb.
Millət vəkili paylaşımda "Dünən Azərbaycanın yerli jurnalistlərə müsahibəsində də bunu bir daha gördük. Dövlət başçısı müsahibəsində ölkə həyatının demək olar, bütün istiqamətlərinin geniş təhlilini verdi. Hesab edirəm ki, onun səsləndirdiyi hər fikir Azərbaycanı daha inkişaf etmiş ölkəyə çevirmək yolundakı müfəssəl platforma idi. Bu platformanın uğurlarının daimiliyinə tam əminəm.
Əminəm ona görə ki, cənab İlham Əliyev qətiyyəti və prinsipiallığı ilə də hər zaman öndə olmağı bacaran liderdir.
Prezident İlham Əliyevi bir daha doğum günü – 58 yaşının tamam olması münasibətilə təbrik edirəm. Ona Uca Tanrıdan möhkəm cansağlığı, Vətənimizin daha da çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Uca Tanrı Prezidentimizi və müstəqil Azərbaycanımızı qorusun!", - deyə qeyd edib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


