Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident Vladimir Putin görüşdə çıxış etdi. Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarını salamlayaraq, Böyük Vətən müharibəsində qələbə münasibətilə tədbirlərin keçirilməsinin qərara alındığını xatırladıb. Rusiya dövlətinin başçısı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzi dairələr tarixi saxtalaşdırmağa çalışsalar da, onların cəhdləri boşa çıxacaq. Çünki, tarixi faktlar var və onu saxtalaşdırmaq mümkün deyil. Prezident Vladimir Putin ictimaiyyətin bu cür tarixi faktlarla daha yaxından tanış olmasının önəmini vurğulayıb. Tarixi həqiqətləri və ədaləti qorumaq, həmçinin həmin dövrün həqiqətlərinin saxtalaşdırılmasına qarşı çıxmaq üçün arxiv sənədlərinə nəzər salmağın vacibliyini qeyd edən Rusiya Prezidenti bu sənədlərdən faktlar və sitatlar gətirib. Rusiya Prezidenti İkinci Dünya müharibəsində böyük qələbənin əldə olunmasında sovet xalqının misilsiz şücaətindən danışaraq bildirib ki, ata-babalarımız bu qələbə uğrunda canlarından keçiblər. Həmin dövrdə Sovet İttifaqının hər bir ailəsi bu və ya digər dərəcədə bu müharibənin ağrılarını hiss edib. Vladimir Putin gələcəkdə İkinci Dünyası ilə bağlı həqiqətlərin saxtalaşdırılmaması üçün özündə faktları əks etdirən arxiv materiallarının daha dərindən təhlil olunmasının vacibliyini qeyd edib. Rusiya Prezidenti İkinci Dünya müharibəsində baş verənlərin siyasi məqsədlərlə qeyri-obyektiv təqdim edilməsinin təhlükəli tendensiya olduğunu bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































