Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib. Xarici İşlər Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasında mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Tərəflər arasında qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə edildi. BQXK tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkəmizə təşəkkürünü bildirdi və təşkilatın Azərbaycan ilə əməkdaşlığının daha da genişlənməsində maraqlı olduğunu qeyd etdi. Nazir Elmar Məmmədyarov humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd etdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırdı. Bu xüsusda nazir, saxlanılan əsir-girovların "hamının-hamıya" prinsipi əsasında azad olunması məsələsinə toxunaraq BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğuladı. Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparıldı.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































