Nyu-Yorkda, BMT-nin iqamətgahında iki əlamətdar hadisəyə - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə və qarşıdan gələn üç ildə, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.
Mediainfo.az xəbər verir ki, təntənəli bayram tədbirinin keçirildiyi salona çoxsaylı qonaqlar toplaşıblar. BMT Baş katibinin müavinləri, Birləşmiş Millətlər Təşkilatı Katibliyinin və BMT sisteminin yüksəkvəzifəli əməkdaşları, qurumun üzvü olan dövlətlərin səfirləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan diplomatlarının dostları və həmkarları qonaqlar arasında olublar.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı, səfir Yaşar Əliyev qonaqlara təbrik nitqində Azərbaycanın diplomatik xidmət orqanlarının inkişafının əsas mərhələlərini göstərib, bu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII Konfransının uğurla keçirildiyini qeyd edib, Azərbaycanın BMT ideallarına və müxtəlif sferalarda çoxtərəfli əməkdaşlığın prinsiplərinə sadiq olduğunu vurğulayıb. O deyib: "Azərbaycan sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın əldə olunması, mədəniyyətlərarası və dinlərarası dialoqun irəlilədilməsi və dərinləşdirilməsi üçün ardıcıl səylər göstərir".
Qonaqlar təntənə və bayram əhval-ruhiyyəsi yaradan səmimi və mehriban qəbulu, ənənəvi Azərbaycan qonaqpərvərliyini və milli mətbəximizin ləziz təamlarını layiqincə qiymətləndiriblər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































