Azərbaycan Respublikası "Lanzarote Konvensiyası" kimi tanınan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasına qoşulub.
Mediainfo.az xəbər verir ki, Strasburqda Avropa Şurasının mənzil-qərargahında təşkil edilən rəsmi mərasimdə bu Konvensiyanın Azərbaycan Respublikasının 1681-VQ nömrəli 22 oktyabr 2019-cu il tarixli Qanunu ilə təsdiq edilməsi haqqında ratifikasiya sənədinin əsli ölkəmizin qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov tərəfindən təşkilatın baş katibinin müavini xanım Qabriella Battaini-Draqoniyə təqdim olunub.
Təqdimat mərasimində Avropada geniş yayılmış uşaqlara qarşı cinsi zorakılığın ən ağır cinayət növü olduğunu bildirən baş katibin müavini Q. Battaini-Draqoni Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsini alqışlayıb.
Lanzarot Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq, Avropa Şurasının bu hüquqi sənədi 2020-ci il aprelin 1-dən etibarən qüvvəyə minəcək.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


