Polşa Ali Məhkəməsi məhkəmə sistemi haqqında yeni qanun layihəsinin hakimlərin müstəqilliyini təhdid etdiyini bildirərək, layihə qəbul ediləcəyi təqdirdə ölkənin Avropa İttifaqından çıxmalı olacağını bəyan edib.
Mediainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmə hakim Hüquq və Ədalət Partiyasının parlamentə təqdim etdiyi və sabah müzakirə olunacaq "siyasi fəaliyyət göstərən hakimlərin cəzalandırılması" və "Ali Məhkəmə sədrinin seçki müddətinin dəyişdirilməsi"ni nəzərdə tutan layihələrlə bağlı açıqlama yayıb. Açıqlamada hakimlərin müstəqilliyini ciddi şəkildə təhdid edən bu qanun layihəsinin hökumətlə həmfikir olmayan hakimlərin vəzifədən kənarlaşdırılmasına səbəb olacağı bildirilib. Layihə təsdiqlənərsə, ölkənin Aİ-dən çıxmalı olduğu ilə bağlı xəbərdarlıq edilib.
Ali Məhkəmənin mətbuat katibi Mişal Laskovski mətbuata açıqlamasında "Bu qanun layihəsi Polşa Konstitusiyasına ziddir" deyib.
Avropa Xalq Partiyasının sədri Donald Task isə sosial şəbəkə vasitəsilə polşalıları etirazlara çağırıb.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


